Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında

Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında

25-06-2022 12:32 / Bu xəbər 477 dəfə oxundu

Rusiyanın populyar "Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin  "Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş "Elektron poçt sifarişi”  hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə  Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva tərcümə edib. 

Bədii redaktor – Rusiyanın ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.

2000-ci ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrində yazıb-yaradan gənc, istedadlı müəlliflərin yaradıcılığını işıqlandırır.