MİS rəisi həbs edilib

MİS rəisi həbs edilib

19-05-2020 03:39 / Bu xəbər 1400 dəfə oxundu

Prokurorluq məlumatı Ombudsmandan aldığını bildirir

Nizami rayon 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurov həbs edilib. Səbəb səlahiyyəti olmadığı halda, vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi verməsi olub. 

Onun buna görə vətəndaşdan 10 500 manat aldığı bildirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında belə deyilir. 

Bildirilir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) alıblar. Həmin məlumatda vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularına dair materiallar olub.

İş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.