Misirin sabiq prezidenti vəfat edib

Misirin sabiq prezidenti vəfat edib

18-06-2019 01:11 / Bu xəbər 757 dəfə oxundu

Misirin sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Al Shorouq" nəşri yazıb.

O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.
 
2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 

2011-ci ilin aprelində "Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 

2012-ci ildə Misir prezidneti seçilib. 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.