Molla Məhəmmədin ölüm xəbəri yayıldı

Molla Məhəmmədin ölüm xəbəri yayıldı

29-07-2015 15:34 / Bu xəbər 1216 dəfə oxundu

Taliban lideri Molla Məhəmməd Ömər öldürülüb. Bu barədə Əfqanıstan hökumət qaynaqları məlumat yayıb.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, hökumət qaynaqları bu xəbəri yaysalar da, Taliban nümayəndələri məlumat barəsində heç bir açıqlama verməyiblər. 

Xatırladaq ki, iki həftə əvvəl Taliban lideri Molla Məhəmməd Ömər Əfqanıstan hökuməti ilə barışığa dəstək verdiyini açıqlamışdı.

Molla Məhəmməd Ömər "İslam dini düşmənlərlə qarşılıqlı sülh əlaqələrinə qarşı deyil" deyə qeyd etmişdi.///musavat.com