Moskva aeroportu qismən bağlanır

Moskva aeroportu qismən bağlanır

19-03-2020 17:17 / Bu xəbər 1519 dəfə oxundu

Rusiyada koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində paytaxt Moskvanın Şeremetyevo Hava Limanının E və S adlı terminalları sabahdan bağlanacaq.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə aeroportdan bildirilib. 

Məlumata görə, həmin terminallardan həyata keçirilən aviareyslər D və F terminallarına keçiriləcək. 

Xatırladaq ki, koronavirusla əlaqədar Rusiya bir sıra ölkələrlə aviadaşımaları məhdudlaşdırıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 225 381-ə çatıb. 9 276 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.