“Moskva” batdı

“Moskva” batdı

15-04-2022 00:46 / Bu xəbər 2741 dəfə oxundu

Gəminin fırtınalı dəniz şəraitində batdığı bildirilir 

Rusiyanın Qara dəniz donanmasına məxsus "Moskva” raket kreyseri batıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, "Moskva" kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatlar partlayıb. Baş verən yanğın nəticəsində gövdəyə ziyan dəyib və gəmi dayanıqlığını itirib: "Fırtınalı dəniz şəraitində gəmi batıb".

Müdafiə Nazirliyi kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi aprelin 14-də məlumat yayıb ki, "Moskva" kreyseri yanğın zamanı baş vermiş sursatın partlaması nəticəsində ciddi zədələnib.

Yanğının səbəbinin araşdırıldığı qeyd olunub.

Gəmi 1983-cü ildə "Şöhrət” adı ilə istifadəyə verilib. 

1996-cı ildə isə kreyser indiki adını alıb. 

Gəminin əsas zərbə silahı 16 P-1000 "Vulkan" raket buraxılış qurğusudur.(Meydan TV)