Müsavat başqanının müşaviri polisə çağırıldı

Müsavat başqanının müşaviri polisə çağırıldı

07-11-2019 16:28 / Bu xəbər 1399 dəfə oxundu

Müsavat başqanının müşaviri və "Basta” saytının əməkdaşı Azər İsmayıl Sabirabad rayon polis şöbəsinə çağırılıb. 

Polis şöbəsində ona Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı suallar verilib və sərbəst buraxılıb. 

Bakı şəhər İcra hakimiyyəti (BŞİH) Müsavat Partiyasına mitinqi Lökbatan qəsəbəsində keçirməyi təklif edib. 

Müsavat bu qərarı qanunsuz sayıb və buna etiraz əlaməti olaraq noyabrın 12-də saat 15:00-da BŞİH qarşısında aksiya keçirmək barədə qərar qəbul edib.

Basta