Müsavat Əziz Qəhrəmanovun dərhal azad olunmasını tələb edir

Müsavat Əziz Qəhrəmanovun dərhal azad olunmasını tələb edir

17-09-2018 17:12 / Bu xəbər 2075 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və  görülən işlər barədə məlumat verib.

Divanda  Müsavat Partiyasının 15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak hərbi birləşmələrinin işğalından azad olunmasının 100 illiyi ilə əlaqədar Şəhidlər Xiyabanında  Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin qarşısında təşkil etdiyi mitinq müzakirə olunub və yüksək qiymətləndirilib.

Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü Əziz Qəhrəmanovun 17 sentyabr tarixdə Yasamal rayon məhkəməsi tərəfindən 10 sutkalıq həbs cəzası almasını sifarişli hesab edib və Əziz Qəhrəmanovun dərhal azad olunmasını tələb edib.

Divanda müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Xalq Cümhuriyyəti Himninin bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü ilə əlaqədar 18 sentyabr, saat 16:30-da Fəxri Xiyabanda məzarını ziyarət edilməsi qərara alınıb.

Divan iclasında Müsavat Partiyası Məclisinin növbəti sessiyasının oktyabrın 6-da, saat 11:00-da keçirilməsi barədə qərar verilib.

Divan son günlər mətbuatda gedən bəzi fikirləri nəzərə alaraq bildirir ki, Müsavat Partiyasının hər hansı bir siyasi qurumda təmsil olunması ilə bağlı fikir müzakirə olunmayıb.

Ölkədə və regionda gedən son prosesləri geniş müzakirə edilib.

Bastainfo.com