Müsavat Partiyası aksiya üçün yenidən müraciət edib

Müsavat Partiyası aksiya üçün yenidən müraciət edib

07-11-2019 16:06 / Bu xəbər 1178 dəfə oxundu

Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında aksiya keçirmək üçün quruma məktubla müraciət edib.

Müsavat Partiyasının rəsmi feysbuk səhifəsində yayılan məlumatda deyilir ki, Müsavat Partiyası BŞİH-ə xəbərdarlıq məktubu göndərib: "Aksiya 12 noyabr – Konstitusiya günündə, konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz əlaməti olaraq keçiriləcək".
 
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının 2019-cu il yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüşlərinə, 7 aprel mitinqinə imkan verməyib.

Partiya daha əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin olunmuş 2, İranın Azərbaycandakı səfirliyinin qarşısına təyin olunmuş 1 piketə də razılıq ala bilməyib.