Müsavat Partiyası: "İfadə azadlığına basqıdır"

Müsavat Partiyası:

26-02-2018 21:00 / Bu xəbər 2313 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyadan Arqument.Az-a verilən məlumata görə, iclasda görülən işlər və qərarların icrası barədə məlumat verilib. 

Müsavat Partiyasının Mərkəzi Qərargahında Oğuz rayon təşkilatının keçmiş sədri mərhum Həqiqət Oğuzun anım tədbiri təqdirəlayiq hesab edilib.

Regionlar üzrə keçirilən zona müşavirələri müzakirə olunub. Cəlilabad şəhərində keçirilən zona müşavirəsi barədə məlumat verilib. Müsavat Partiyasının Başqanı Arif  Hacılı digər müxalifət liderləri ilə birlikdə ATƏT-in qiymətləndirmə komissiyasının üzvləri ilə görüşdə müzakirə olunan məsələr barədə Divan üzvlərini məlumatlandırıb. 

Saxta seçkilərə qarşı müxalifətin birgə müqavimətinin təşkil edilməsi istiqamətində gedən danışıqlar müzakirə olunub. 

Müsavat Başqanının Müşaviri Sevda Laçınlının qanunsuz olaraq hüquq mühafizə orqanlarına çağırılmsı, onun sosial şəbəkədə fəaliyyəti ilə bağlı təzyiqlər məruz qalması  vətəndaşların ifadə azadlığına kobud müdaxilə kimi qiymətləndirilib.

İclasda son günlər "Bastainfo.com” saytına qarşı trollar və hakerlərin hücumlarının təşkil olunması ölkədə azad mətbuata, söz və ifadə azadlığına qarşı sistemli olaraq davam edən təqib və təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilib. 

Arqument.Az