Müsavat Partiyasının Gözəl Bayramlı ilə bağlı bəyanat yaydı

Müsavat Partiyasının Gözəl Bayramlı ilə bağlı bəyanat yaydı

25-01-2018 18:36 / Bu xəbər 1920 dəfə oxundu

"Azərbaycan ictimaiyyətinin və beynəlxalq insan haqları qurumlarının siyasi məhbusların  azadlığa buraxılmasını qətiyyətlə tələb etdiyi bir zamanda Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı repressiyaları davam etdirir".

Bu barədə Müsavat Partiyasının AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı yaydığı bəyanatda deyilir. 

Bəyanatda bildirilir ki, yanvar ayının 23-də Qazax rayon  məhkəməsi tərəfindən AXCP sədrinin müavini Gözəl Bayramlıya qondarma ittihamlarla 3 il müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsi bu siyasətin davamıdır:

"Öz siyasi fəallığı ilə seçilən, hakimiyyətin daxili və xaririci siyasətini tənqid edən, korrupsiyya və rüşvətxorluğa qarşı mübarizə aparan Gözəl Bayramlı ölkəyə bəyan edilmədən 12 min ABŞ dolları miqdarında maliyyə vəsaitini qaçaqmalçılıq yolu ilə gətirməkdə ittiham edilir. Bu ittihamın tam əsassız və saxta olduğu məhkəmə istintaqı zamanı tam təsdiq olunsa da Gözəl Bayramlıya ağır cəza verildi. 

Müsavat Partiyası Gözəl Bayramlının qondarma ittihamlarla 3 il müddətinə azadlıqdan məhrum edilməsini siyasi sifarişlə həyata keçirilmiş bir akt kimi qətiyyətlə pisləyir, Gözəl Bayramlının və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir", - bəyanatda qeyd olunur. 

Arqument.Az