Müsavat qurultaya yer ayrılması üçün BŞİH-ə müraciət etdi

Müsavat qurultaya yer ayrılması üçün BŞİH-ə müraciət etdi

18-09-2019 16:23 / Bu xəbər 813 dəfə oxundu

Müsavat Partiyası qurumun 9-cu qurultayının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyətinə (BŞİH) müraciət edib.
 
Bu haqda "Basta”ya Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Gülağa Aslanlı məlumat verib.

"Müraciətimizdə Müsavat Partiyasının qurultayı keçirməsi üçün 400-500 nəfərlik zal ayrılmasını istəmişik. Ərizədə bir neçə münasib yeri də göstərmişik”, – deyə Gülağa Aslanlı bildirib.

Müsavat Partiyasının Divanı oktyabrın 12-də növbəti qurultayın keçirilməsi barədə qərar qəbul edib.