Müsavat seçki qərargahı yaratdı

Müsavat seçki qərargahı yaratdı

27-01-2018 17:44 / Bu xəbər 2634 dəfə oxundu

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada əvvəlcə Müsavat Partiyası Oğuz təşkilatının sədri Həqiqət Oğuzun xatirəsi sayğı dürüşü ilə yad edilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasın gündəliyində 5 məsələ ətrafında müzakirələr keçirilib. O cümlədən, təşkilati məsələlərə baxılıb, ictimai-siyasi fəaliyyətlə bağlı Müsavat Partiyası başqanının məruzəsi dinlənilib, 2018-ci il Prezident seçkiləri və Müsavat Partiyasının fəaliyyət planı təsdiqlənib.

İclasda Milli Strateji Düşüncə mərkəzinin sədri İsa Qəmdər çıxış edib. İsa Qəmbər Rəsulzadə yolu ilə gedənlərin qələbəsinin qaçılmaz olduğunu bildirib:

Daha sonra partiyanın başqanı Arif Hacılı seçki ilində müsavatçıların qarşısında duran vəzifələrlə bağlı  məruzə edib. Arif Hacılı partiya üzvlərinin ağır şərtlər və böyük təzyiqlər altında fəaliyyət göstərdiyini qeyd edib və qarşıdakı dönəmdə hər bir müsavatçının daha böyük fədakarlıq göstərməsinin zəruri olduğunu vurğulayıb:

Təşkilati məsələlər bölümündə Məclis əvvəlcə Müsavat başqanı Arif Hacılının Razim Əmiraslanlını müavin təyin etməsi barədə qərarını yekdilliklə təsdiqləyib. Daha sonra partiyanın Gəncə şəhər və Yevlax rayon təşkilatlarında keçirilən konfranslar haqda məlumat verilib, Cahangir Əmirxanlının və Füruddin Muxtarlının Məclis üzvü səlahiyyətləri təsdiqlənib. 

İclasda həmçinin Müsavat Qadınlar birliyini   konfranların nəticələri təsdiqlənib, qurumun sədri Fəridə Ələsgərlinin Məclis üzvü səlahiyyətləri təsdiqlənib.

Məclisdə gedən müzakirələrdə Heybət Əmrah, Cahangir Əmirxanlı, Razim Əmiraslanlı, Azər İsmayıl, Tofiq Yaqublu, Hidayət İsmayılov, Alya Yaqublu, Vəfa Cümşüdlü, Sevinc Hüseynova, Elman Fəttah, Niyaz Nəsir, Nemət Kərimli, Şakir Abbasov, Firuddin Muxtarlı və digərləri iştirak ediblər.

Sessiyada Müsavat Partiyasının 2018-ci il prezident seçkiləri ilə bağlı seçki qərargahı yaradılıb. 

Seçki qərargahının sədri vəzifəsinə MSK-nın keçmiş üzvü Gülağa Aslanlı seçilib. 

Qəragahın tərkibinin formalaşdırılması Divana həvalə edilib.

Müsavat partiyasının 2014-cü ildə keçirilən qurultayında İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb.///bastainfo.com