Müsavat seçkiyə hansı şüarla gedir?

Müsavat seçkiyə hansı şüarla gedir?

17-01-2020 16:26 / Bu xəbər 1152 dəfə oxundu

"Gələcəyini səslə dəyiş” – 9 fevral növbədənkənar parlament seçkilərində 63 namizədlə iştirak edən Müsavat Partiyasının seçki şüarı belə olacaq.

Bu haqda Partiyanın mətbuat xidmətindən məlumat verilib. 

Bu şuar seçkiyə çağırış olmaqla yanaşı, gələcəyin müsbətə döğru dəyişməyin yolunun süngüdən yox, seçkidən, səsvermədən keçdiyini ifadə edir. 

Artıq partiyanın seçki plakatı da müəyyənləşib. Plakatın üzərində "Gələcəyini səslə dəyiş” şüarı, Azərbaycanın və Müsavatın bayrağı, partiyanın emblemi, Məhəmməd Əmin Rəsulzadənin şəkli, arxa fonda isə "Azərbaycan” və "Müsavat” sözləri əks olunub.

Partiyanın seçki plakatları ilə yanaşı, seçki dövründə namizədlərin öz plakatları, bukletlər və digər təşviqat materiallarının dərc olunması nəzərdə tutulub.

Yanvarın 17-də partiya qərargahında keçirilən mətbuat konfransında Müsavatın seçki platforması da təqdim ediləcək.///Bastainfo