Müsavat və ReAl təmsilçiləri görüş keçirdi

Müsavat və ReAl təmsilçiləri görüş keçirdi

15-12-2017 15:30 / Bu xəbər 1751 dəfə oxundu

Bu gün Müsavat Partiyasının qərargahında  Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin və Müsavat Partiyasının rəhbər şəxslərinin görüşü keçirilib. 

Görüşdə ReaL partiyasının təsis qurultayının Müsavat Partiyasının qərargahında keçirilməsinə hakimiyyətin yaratdığı qeyri-qanuni problemlər müzakirə olunub.

ReAl partiyasına qurultayın keçirilməsi üçün yer verilməməsi,  Dövlət Əmlak Komitəsinin Müsavata rəsmi xəbərdarlığı, Müsavat başqanı Arif Hacılının Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılması hakimiyyətin müxalifətə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirilib.

Müsavat  təmsilçiləri ReAl Partiyasına təsis qurultayının keçirilməsi üçün yer verilməsi qərarının qüvvədə qaldığını, ReAl təmsilçiləri isə qurultayın keçirilməsində israrlı olduqlarını bəyan ediblər. Eyni zamanda görüşdə hakimiyyətin yaratdığı qanunsuz əngəllər fonunda qurultayın təxirə salınması təklifi ətrafında müzakirələr aparılıb.

Hər iki tərəf öz strukturlarında aparılan müzakirələrdən sonra bununla bağlı qərarlarını tezliklə açıqlayaclarını bildiriblər.