Müsavatçılar Avropada aksiya keçirdilər

Müsavatçılar Avropada aksiya keçirdilər

24-12-2017 12:26 / Bu xəbər 1819 dəfə oxundu

Ötən gün, dekabrın 23-də Müsavat Avropa Koordinasiya Mərkəzi  (Müsavat AKM) "Siyasi məhbuslara azadlıq!” tələbi ilə növbəti aksiyasını keçirib.

Müsavat AKM-dən "Basta”ya verilən məlumata görə, aksiya çərçivəsində eyni vaxta Almaniyanın Köln, Mainz, Nürnberg və Fransanın Laval şəhərlərində izdihamlı mitinqlər baş tutub. 

Aksiya Azərbaycandakı siyasi məhbusların, o cümlədən Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun, Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlının, Nida gənclər təşklatının təmsilçiləri İlkin Rüstəmzadə, Qiyas İbrahim, Bayram Məmmədov və Elgiz Qəhrəmanın, jurnalist və blogerlər Əfqan Muxtarlı, Mehman Hüseynov, Seymur Həzi, Əziz Orucov və Fikrət Fərəməzoğlunun, eləcə də Taleh Bağırzadənin və "Nardaran işi” üzrə məhkum edilmiş digər məhbusların həbsdən azad olunması tələb edilib. 

Aksiyalarda həmçinin Qarabağda erməni sepratçılarının girov götürdüyü Dilgəm Əsgərov və Şahbaz Quliyevin plakatları qaldırılıb, onların azad olunması tələb edilib.