Müsavatın namizədləri həftəsonu elan ediləcək

Müsavatın namizədləri həftəsonu elan ediləcək

11-12-2019 15:56 / Bu xəbər 934 dəfə oxundu

Müsavat Partiyası deputatlığa namizədlərinin irəli sürülməsinə start verib.

"Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik”, – deyə partiya başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. 

"Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”, – Arif Hacılı bildirib. 

"Həftə sonunadək Azərbaycan parlamentinin görmək istədiyimiz möhtəşəm tərkibi, dairələr üzrə adaylarımızın tam siyahısı elan ediləcək”, – Müsavat başqanı əlavə edib.

Basta