Müsavatın piketinə razılıq verilməyib

Müsavatın piketinə razılıq verilməyib

15-07-2019 18:52 / Bu xəbər 958 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Gənclər Komitəsinin piketinə razılıq verməyib.

Bu barədə Müsavat Partiyasının Gənclər Təşkilatı feysbukda məlumat yayıb. 

Məlumata görə, aksiya İranla Ermənistanın birgə silah istehsalına qarşı keçirilməli idi. Amma BŞİH gənclərə etirazla bağlı İran səfirliyinə yazılı şəkildə müraciəti tövsiyə edib.

Partiya bunu sərbəst toplaşma hüququnun pozulması kimi qiymətləndirib. Həmçinin Azərbaycan hakimiyyərtindən İranla Ermənistanın birgə silah istehsalına münasibət bildirməsini tələb edib