Müsavatın təşkilat sədri saxlanılıb - YENİLƏNİB

Müsavatın təşkilat sədri saxlanılıb - YENİLƏNİB

23-11-2017 00:59 / Bu xəbər 1447 dəfə oxundu

Əlikram Xurşudovun işi ilə rəisin müavini şəxsən maraqlanır.

Təşkilat fəalı İlqar Babayev "Basta”ya bildirib ki, "İndi Polis Bölməsindən gəlir, Əlikram Xurşudovun hansı səbəbdən həbs edildiyini deyin bilək dedim, səhər məhkəmədə bilərsiniz dedilər.” 

Təşkilat üzvü hesab edir ki, Əlikram Xurşudova işgəncə verilir, onun telefonuna zəng çatsa da, açılmır.

İlqar Babayev bildirir ki, Əlikram Xurşudovun işi ilə rəisin müavini şəxsən maraqlanır.

***

Müsavat Partiyası Şirvan Təşkilatının sədri Əlikram Xurşudov saxlanılıb.

"Basta” ya daxil olan məlumata görə, Əlikram Xurşudov bu gün  axşam saatlarında küçədən oğurlanaraq Polis Bölməsinə aparılıb. Təşkilat fəalı Saday Hacılının bildirdiyinə görə, Əlikram Xurşudov sosial şəbəkədə paylaşdığı statuslara və siyasi fəaliyyətinə görə saxlanılıb.

Saday Hacılı bildirir ki, polis əməkdaşı Əlikram Xurşudovun evinə gəlib, ailə üzvlərinə onun saxlanıldığını deyib.

"Heç kimə bir söz deməyin” deyərək Əlikram Xurşudovun ailə üzvlərini tənbeh edən polis əməkdaşı sabah səhər 9-da onun məhkəməsi olacağını bildirib.