Müsavatın təşkilat sədrlərinə mitinqlə bağlı son tapşırıqlar verildi

Müsavatın təşkilat sədrlərinə mitinqlə bağlı son tapşırıqlar verildi

09-03-2018 22:03 / Bu xəbər 2388 dəfə oxundu

Bu gün Müsavat Partiyası Sədrlər Şurasının növbədənkənar iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə, iclasda müxalifətin 10 mart mitinqinə hazırlıq məsələsi müzakirə olunub.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı və partiya başqanının müavini Razim Əmiraslanlı təşkilat sədrlərinə mitinqlə bağlı tapşırıqlar veriblər.

Milli Şura və Müsavat Partiyasının birgə mitinqi martın 10-da, saat 15:00-dan 17:00-dək İnşaatçılar metrosunun yaxınlığındakı "Məhsul” stadionunda baş tutacaq. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə razılıq verib.