Müsavatçının cəbhəçi oğlu saxlanılıb

Müsavatçının cəbhəçi oğlu saxlanılıb

05-07-2020 13:01 / Bu xəbər 2569 dəfə oxundu

Sərt karantin "çərçivəsi"ndə artıq 3 cü cəbhəçi saxlanılıb. 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi yazıb.

O bildirib ki, dünən AXCP Masallı təşkilatından Əlixan Rəcəbli, və Göyçay təşkilatından Qaçay Qafarov saxlanılıblar.

"Xalq Cəbhəsi bu cür repressiyalarla öz dinc məqsədlərindən dönməyəcək", - Seymur Həzi qeyd edib.

Müsavat Partiyasının Mətbuat Xidmətinin rəhbəri Mustafa Hacıbəyli yazıb ki, saxlanılan Qaçay Qafarov Müsavat Partiyası Göyçay rayon təşkilatının Şura üzvü Alışan Qafarovun oğludur.

"28 yaşlı Qaçay Qafarov sosial şəbəkədə Azərbaycan polisinin fəaliyyəti haqda status paylaşıb. Dünən axşam saatlarında ailəsinə xəbər verilmədən saxlanılıb. Hazırda Göyçay rayon polis şöbəsindədir. Bu, ifadə azadlığının kobud şəkildə pozulmasıdır", - Mustafa Hacıbəyli bildirib.

Göyçay Rayon Polis İdarəsi mövzu ilə bağlı arqument.az-a açıqlama verməkdən imtina edib.