Müsavatçıya 25 sutka həbs cəzası verildi
03-10-2017 18:09 / Bu xəbər 2823 dəfə oxundu
Şəki Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tahir Əhmədliyə 25 sutka həbs cəzası verib.
Bu haqda "Basta”ya Müsavat Partiyası Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli məlumat verib.
"Sentyabrın 30-da Tahir Əhmədli evindən polisə aparılıb. Məhkəmə onun barəsində 25 sutka həbs qərarı çıxarıb. Tahir Əhmədli ictimai yerdə səs-küy salmaqda ittiham olunub. Amma ehtimal olunur ki, onu sosial şəbəkədə hakimiyyət haqda yazdığı tənqidi fikirlərinə görə həbs ediblər”, – Bakıxan Qəribli bildirib.
"Tahir Əhmədlinin evinə getdik. Qapılarında təpik izləri var. Ailə üzvlərinə də təzyiq olunduğu hiss edilir. Tahir Əhmədliyə yemək ötürmək istəsələr də, buna imkan verilməyib”, – Bakıxan Qəribli əlavə edib.
Bastainfo.com