Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri polisə çağırılıb

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri polisə çağırılıb

19-11-2019 16:45 / Bu xəbər 193 dəfə oxundu

Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin sədri Elçin Qasımov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub.

Bu barədə qurumun feysbuk səhifəsində məlumat yayılıb. 

Məlumatda bildirilir ki, MBH-nin daha iki üzvü də bu gün sözügedən idarəyə çağrılıblar. Onların niyə çağırıldığı hələ ki açıqlanmayıb.