Müsəlman Birliyi Hərəkatının koordinatoru "karsa" salınıb

Müsəlman Birliyi Hərəkatının koordinatoru

20-05-2019 19:15 / Bu xəbər 168 dəfə oxundu

Müsəlman Birliyi Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəza Çəkmə Müəssisəsində cərimə kamerasına salınıb.

Bu barədə Toplum.Tv-yə anası Zeynəb Hüseynova məlumat verib.

O vurğulayıb ki, hadisə ötən həftənin şənbə günü baş verib.

"Ötən həftənin 6-cı günü Əhsən evə zəng etməli idi. Lakin biz nə qədər gözləsək də, Əhsən zəng etmədi. Sonra bizə oradakı məhbuslardan biri xəbər göndərdi ki, Əhsəni və digər məhbus olan Məhəmmədəlini cərimə kamerasına salıblar. Bu günə qədər Əhsən Nuruzadə bizimlə əlaqə saxlamayıb. Mən ona görə çox narahatam. O, oruc tuturdu və bu hala salınması məni çox narahat edir. Onun mədəsində də problem var”, - deyə Zeynəb Hüseynova diqqətə çatdırıb.  

O bildirib ki, bundan əlavə o birinci dəfə tutulanda işgəncələrə məruz qalmışdı və dizlərində ağrılar əmələ gəlmişdi: "Ehtimal edirəm ki, döyülərək işgəncələrə də məruz qalıb. Sabah çalışacağam gedib onunla görüşüm”.