Mübariz Mənsimov azadlığa buraxıldı

Mübariz Mənsimov azadlığa buraxıldı

05-03-2021 15:47 / Bu xəbər 2625 dəfə oxundu

Martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Toplum.Tv xəbər verir ki, prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.

Bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.