Mübariz Mənsimov məhkəmədə çıxış etdi

Mübariz Mənsimov məhkəmədə çıxış etdi

13-01-2021 18:12 / Bu xəbər 429 dəfə oxundu

Yanvarın 13-də Türkiyənin Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı Mübariz Mənsimovun növbəti məhkəməsi başlayıb. 

Türkiyədəki diaspora fəalı Aygün Həsənoğlunun "Toplum TV"-yə verdiyi məlumata görə, o, məhkəmədə aşağıdakıları deyib: "Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdi. Men heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Azad edilməyimi istəyirəm! Mən heç bir zaman dövlətin iradəsinə zidd bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim 10 ay həbsdə qalmam şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmirlət, ailələri pis vəziyyətdədir. Orda olanlar azərbaycanlılar və türklərdir. "Palmali”nin iflas etməsi bir türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5 ci sırada gedən şirkətlərdən biri idi. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına kecməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Eləydisə, bu günə qədər məktəb və xəstəxanaları hansısa dərnəyə və ya bu örgütə hədiyyə edərdim. Mən hamısını inşa etdirdim və dövlətə təslim etdim". 

Mübariz Mənsimovun vəkili Ersan Şen isə məhkəmədə bildirib ki, verilən ifadələrdə cinayəti təsdiq edən dəlil yoxdur: "27 insan ifadə verib. 17-si  leyhine, 10-u əleyhinə. Əleyhinə olanların üslubunu müzakirə etmirəm. Amma, cənab hakim, cinayət şübhəsini göstərəcək bircə dəlil yoxdur!”