Müdafi Nazirliyi: “Erməni tərəfi atəşkəsi pozub, təxribat əməlləri törədib”
12-12-2020 22:23 / Bu xəbər 660 dəfə oxundu
Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib.
Bu barədə məlumatı dekabrın 12-də Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Nazirlik atəşkəsin konkret hansı istiqamətdə pozulması haqda dəqiq məlumat verməyib.
Bu il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri müharibənin dayandırılması haqqında bəyanat imzalayıb.
Azərbaycan nəticədə 7 rayonu və Şuşanı işğaldan azad edib. Bundan sonra Rusiya sülhməramlıları Dağlıq Qarabağda nəzarətə başlayıb.












