Müdafiə Nazirliyi erməni tərəfin yaydığı məlumatı yalanladı

Müdafiə Nazirliyi erməni tərəfin yaydığı məlumatı yalanladı

07-08-2022 23:25 / Bu xəbər 1094 dəfə oxundu

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə avqustun 7-də Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Belə ki, qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - deyə məlumatda qeyd olunub.