Müdafiə Nazirliyi: “Ermənistanda heç bir obyektə atəş açılmayıb”

Müdafiə Nazirliyi: “Ermənistanda heç bir obyektə atəş açılmayıb”

10-10-2020 12:02 / Bu xəbər 3303 dəfə oxundu

Ermənistan Azərbaycan ordusunun yaşayış məntəqələrini atəşə tutduğunu iddia edir. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələri Azərbaycan tərəfindən dronlardan vurulub. 

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri təkzib edir: "Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Ermənistanın yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır".

Sentyabrın 27-dən Azərbaycanla Ermənist arasında müharibə başlayıb. 

Azərbaycan ordusu Cəbrayıl rayonunun mərkəzi daxil olmaqla bir sıra kəndləri və yüksəkliyi işğaldan azad edib. 

Oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunacaq.