Müdafiə Nazirliyi: "Ermənistanın 6 hərbi qulluqçusu əsir götürülüb"

Müdafiə Nazirliyi:

27-05-2021 12:01 / Bu xəbər 1207 dəfə oxundu

Nazirlik kəşfiyyat-diversiya qrupunu yaxaladığını deyir

Azərbaycan ordusunun Ermənistanın 6 hərbi qulluqçusunu əsir götürdüyü bildirilir. 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətindən Azərbaycan tərəfə keçməyə cəhd göstərib. 

Bu zaman Ermənustanın 6 hərbi qulluqçusu "mühasirəyə alınıb və əsir götürülüb.

Nazirlik bildirib ki, Azərbaycan Ordusu sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən erməni hərbçilərini mühasirəyə alıb: "Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib, ancaq nazirlik hərbçilərin təxribat etmələri barədə informasiyanı təkzib edərək bildirib ki, onlar ərazidə mühəndis işləri görürmüş.