Müdafiə Nazirliyi: "Əsgər minaya düşməyib, təhlükəsizlik qaydalarının pozub"

Müdafiə Nazirliyi:

28-02-2021 13:34 / Bu xəbər 1559 dəfə oxundu

Müdafiə Nazirliyi Füzuli istiqamətində həlak olmuş hərbçinin minaya düşməsi xəbərini təkzib edib.

Nazirlik bildirib ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçu Səhman Qəşəm oğlu Musayev fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən, təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Bir gün əvvəl kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində mina partlaması nəticəsində həlak olması barədə xəbər yayılmışdı("Report").