Müdafiə Nazirliyi əsgərin ölüm səbəbini niyə açıqlamır?

Müdafiə Nazirliyi əsgərin ölüm səbəbini niyə açıqlamır?

31-03-2021 12:10 / Bu xəbər 1644 dəfə oxundu

Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Ramin oğlu Zöhrabov vəfat edib.

Müdafiə Nazirliyi hadisənin martın 22-də baş verdiyini bildirib ("Report"). Ancaq bunun hansı şəraitdə, necə baş verməsi barədə açıqlama verməyib.

İ.Zöhrabovun nəşi doğulduğu Masallı rayonunun Ərkivan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 20-də imzaladığı sərəncama əsasən, əsgər İlkin Ramin oğlu Zöhrabov "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. 

O, Kəlbəcərin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.