Müdafiə Nazirliyi: “Qisas” əməliyyatından sonra Qarabağda sakitlikdir

Müdafiə Nazirliyi: “Qisas” əməliyyatından sonra Qarabağda sakitlikdir

04-08-2022 12:54 / Bu xəbər 1191 dəfə oxundu

"Azərbaycan Ordusunun keçirdiyi "Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir".

Bu barədə avqustun 4-də Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat şəraiti bölmələrin tam nəzarəti altındadır.

Azərbaycan Ordusu avqustun 3-də Qarabağda "Qisas" əməliyyatı keçirib. 

Əməliyyat terror-təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasının qisası kimi xarakterizə edilib. 

Əməliyyat zamanı dronlardan da istifadə edilib. 

Erməni tərəfi 3 hərbçisinin həlak olduğunu, çox sayda hərbçisinin isə yaralandığını bildirib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.