Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

10-03-2022 18:01 / Bu xəbər 582 dəfə oxundu

Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.

MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirdiyini açıqlayıb. 

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk xəbəri "qafqazinfo.az” saytı yayıb.