Müdafiə Nazirliyinin “Youtube” kanalı bağlanıb

Müdafiə Nazirliyinin “Youtube” kanalı bağlanıb

27-02-2023 19:25 / Bu xəbər 810 dəfə oxundu

Müdafiə Nazirliyinin "Youtube” kanalı bağlanıb.

Hazırda kanala daxil olmaq mümkün deyil və bütün videokontent silinib.

Yerli mediada kanalın İkinci Qarabağ müharibəsi ilə bağlı paylaşımlara görə silindiyi iddia edilir.

İddia olunur ki, kanal erməni hakerlərin hücumu nəticəsində bağlanıb.

Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov kanalın bağlandığını "axar.az"a təsdiqləyib.

O deyib ki, "Youtube” kanalının bağlanması texniki problemlərlə bağlıdır.

Eyvazov bildirib ki, kanal qısa müddət ərzində bərpa ediləcək.

Qısa xatırlatma

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.