"Müdafiə Xətti"nin həmtəsisçisi alman diplomatla insan hüquqlarını müzakirə edib

06-09-2022 17:49 / Bu xəbər 827 dəfə oxundu

"Müdafiə Xətti" insan hüquqları təşkilatının həmtəsisçisi Zaur Əkbər bu gün, sentyabrın 6-da Almaniyanın Xarici İşlər Nazirliyində Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Benedict Göbel ilə görüşüb.

Bu barədə "Arqument.az"a Zaur Əkbər məlumat verib.

O bildirib ki, görüşdə Azərbaycandakı son ictimai-siyasi durum, "Media haqqında" yeni qəbul olunmuş qanun və Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda qurama ittihamlarla həbs olunmuş siyasi fəalların məsələsi geniş müzakirə edilib.

"Görüş əsnasında cənab Göbelə deportasiya olunmuş siyasi fəalllarla bağlı "Müdafiə Xətti" olaraq ciddi narahatçılığımizi  çatdırdım və Almaniya dövlətini onların tez bir zamanda azadlığa çıxması üçün əlindən gələni etməyə çağırdım. Sonda nazirliyin nümayəndəsi "Müdafiə Xətti"nin fəlaiyyətini yaxından izlədiklərini, təşkilatın hazırladığı bütün hesabatları diqqətlə oxuduqlarını bildirdi", - deyə Zaur Əkbər bildirib. 

"Müdafiə Xətti" (Line of Defense) hüquq müdafiə təşkilatı 2020-ci ildə yaradılıb. 

Təşkilatın təsisçiləri Rüfət Səfərov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Təzəxan Mirələmli və Zaur Əkbərdir.