"Müdafiəçi" hüquq mərkəzi yaradıldı

26-09-2023 19:21 / Bu xəbər 891 dəfə oxundu

"Demokratik Təşəbbüslər İnstitutu” (İDİ) və gənc hüquqşünasların birgə əməkdaşlığı ilə "Müdafiəçi” hüquq mərkəzi fəaliyyətə başlayıb.

Hüquq mərkəzi sentyabrın 26-da fəaliyyətə başladığını bəyan edib.

Bu barədə İDİ-nin yaydığı press-relizdə bildirilir. 

"İştirak Evi"ndə baş tutan təqdimat tədbiri zamanı təşkilat siyasi haqların pozulması halları ilə əlaqədar haqqı pozulan fərdlərə və təşkilatlara hüquqi yardım göstərəcəyini açıqlayıb.

"Müdafiəçi” hüquq mərkəzi vətəndaşları qarşılaşdıqları hüquq pozuntuları ilə əlaqədar təşkilata müraciət etməyə çağırıb.

Hüquq mərkəzi ictimai əsaslarla fəaliyyət göstərəcək.