Müharibəni pisləyən daha bir fəal həbs olundu

Müharibəni pisləyən daha bir fəal həbs olundu

21-09-2023 01:27 / Bu xəbər 702 dəfə oxundu

Müharibə əleyhinə təbliğat aparan daha bir ictimai fəal Nemət Abbasov da həbs olunub. 

Nərimanov Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib.

Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə cəzalandırılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Nemət Abbasov sentyabrın 20-də səhər saatlarında saxlanılıb. 

Nərimanov rayonu, 17-ci polis bölməsində onun haqqında protokol tərtib olunub. İddia olunub ki, o, küçədə polisə müqavimət göstərib.

"Nemət dünəndən (sentyabrın 19-dan) polislərin onu axtardığını demişdi”, – dostları bildirib.

Azərbaycanda müharibəyə qarşı olan və bunu açıq şəkildə dilə gətirən ictimai fəalların bir neçəsi sentyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. 

Sentyabrın 20-də isə müharibə əleyhinə təbliğat aparan gənclər həbs olunub. 

Onların arasında Nemət Abbasovla yanaşı, Əmrah Təhməzov da var.