"Müharibənin Rusiya daxilində bitməsi ilə bağlı proses artıq başlayıb" - Oliksiy Danilov

24-06-2023 13:30 / Bu xəbər 691 dəfə oxundu

"Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb.

O bildirib ki, savaş Rusiya daxilində başa çatacaq: "Davamlı sülh üçün 1991-ci il sərhədləri bərpa edilməlidir”.

"Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. 

Rusiya Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. 

Müdafiə Nazirliyi isə "Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. 

Nazirlik eyni zamanda "Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. 

O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatmalıdır.