Mühitin fəlsəfəsi
21-06-2021 17:32 / Bu xəbər 1798 dəfə oxundu
Allah nəfslərin sayını dəyişməz yaratmışdır. Ruh nəfsin enerji sahəsi olub əsasən superdiskret formaya malikdir. Geosistemdə hər saniyədə, dəgiqədə, saatda, gündə, ayda, fəsildə, ildə, əsrdə nə qədər canlı məhv olursa bir o qədər də əmələ gəlir. Bu aləmdə nə qədər psixosistem və ya psixobiosistem varsa onların ümumi çəkisi və sayı dəyişməzdir.
Hazırda Yer üzündə insanlardan başqa digər canlıların sayı və çəkisi azalmaqdadır. Bu da insanların mədəniyyət və texnika adını verdikləri vandallıq və barbarlıqlarının nəticəsində vaqe olur. Lakin buna baxmayaraq insanlar artır və digər canlıların azalmasını öz artımları ilə konpensasiya edirlər. Bu yalnız fiziki-anatomik konpensasiyadır.
Ruhi-nəfsi və ya mənəvi baxımdan bu konpensasiyanın heç bir dəyəri və təkamülü yoxdur. O psixofiziki enerji ki, heyvan və bitki orqanizmlərinə məxsusdur, bitki və heyvanların kütləvi məhvi o enerjinin başqa orqanizmlər axtarmağa vadar edir ki, son nəticədə insan orqanizmi bu zəif nəfslərin sığınacağı olur. Bunun da nəticəsində çox dəyərsiz, mənəviyyatca cılız, ikiüzlü, hiyləgər və xəbis insanlar peyda olur. Həm fitoorqanizmlərin, həm də zooorqanizmlərin ruhi enerjisi az olduğundan, onlara məxsus psixi enerji insan bədənində qərər tutaraq mənəviyyat və əql dünyasını alt-üst edir! Yoqa Sutralardakı anemnezis adlanan proses elə bu məsələnin primitiv izahından başqa bir şey deyil.
Aristotel və Leybinistin entelexiya adlandırdıgları poses də buna çox yaxındır. Mən bunu psixoekonomik proses və ya psixoekogenez adlandırmaqda tərəddüd etmirəm. Kainatda olduğu kimi yer üzündə də həm psixi, həm də fiziki kütlə sabitdir. Lakin ayrı-ayrı fərdlərin ruhi-nəfsi çəkisi fərqlidir. Ruhun spesifik kütləsini təyin etmək müşkül olsa da, onun əqli enerjiyə çevrilən formasında çəkilməsi eksperimentdə mümkün olmuşdur. (Lakin bu sınaq yalnız adi insanlar üzərində aparılıb.) Mübarək, isdedadlı və mənəviyyatca zəngin olan insanların geosistemdəki psixi çəkisi ən aşağı halda 5 qram olur.
Adi adamların əqli çəkisi isə 3 qram və 5 qrama qədər aralıqda dəyişir. Amma burda əqlin pozitiv çəkisi və ya kütləsi nəzərdə tutulur. Belə ki, ruhi aləm də pozitiv və apozitiv və ya antipozitiv xüsusiyyətlərə malikdir. Mikroaləmdə zərrəcik - antizərrəcik qarşılığı olduğu kimi, psixi proseslər arasında da buna oxşar bir şey var. Allahın bəxş etdiyi böyük ruhi enerji bəzən metamorfoza ola bilir, yaxud tamam satanik enerjiyə çevrilə bilir. Amma bəzi tədqiqatçılar bu enerjini də ruhi enerji adlandırırlar ki, bu çox yanlışdır.
Böyük məlunları da müqəddəslərin arasında zikr edən bu cahil tədqiqatçılar belə bir yanlış gyimətləndirmə aparmışlar ki, guya Yer üzünün ən böyük mufsidlərinin də ruhi çəkisi çoxdur. Amma əslində bu böyük məlunların daxilində qərar tutmuş enerji ruh və ya ruhi deyil, psixi enerjinin şərir(iblis) tərəfindən çevrilmiş formasıdır - apozitiv və ya antipozitiv enerjidir. Bu cür insanların ruhi çəkisi törətdikləri günahların ucbatından azalır və azalmış pozitiv enerjinin boşalmış yerini satanik enerji zəbt edir.
Mufsid və musrif insanların hamısının daxili dünyası beləcə Cibril və Mikəlin nəzarətindən çıxıb şəririn nəzarəti altına keçir. Bu super mənfi enerji zahiri xüsusiyyətlərinə görə ruhi-nəfsi enerjiyə çox bənzəyir. İrfan elmindən xəbərsiz ziyasız insanlar bu fərqi müəyyən edə bilmirlər. Ümumiyyətlə iman və salah əhli olmayan kəslərdə ruh olmur və ya olsa da müvəqqəti xarakter daşıyıb passiv vəziyyətdə olur. Ruh və iman bir-birinin əsasıdır və ya əsasındadır. İmanı olmayanın ruhu, ruhu olmayanın da imanı vakuumdur. Aktivləşməyən ruh orqanizmi tərk etməyə məcburdur. Ruh və iman saleh əməllərlə aktivləşir. Bünlar(ruh, iman və saleh əməllər) bütünlüklə vəhdətdədir və sistemli olaraq bir-birinə dəstək verirlər.
Uca Allah buyurur: "…Allah onların qəlbinə iman qoymuş və öz tərəfindən bir ruhla dəstəkləmişdir!..”(Mucadilə, 22)
Ayə açıq-aydın göstərir ki, bəndə iman və ruhu Allah qatından qəlbinə doğru götürür və ya gətirir. İman qəlbi tərk etdikdə ruh da tərk edir və nəfs yardımsız qalır. Bu halda kosmik dəstəkdən məhrum buraxılan məxluq satanik dənizin dalğaları arasında qərq olur. Amma bu eqopsixi inversiya həmişə olmur, yalnız iblisin kontrol dairəsi genişlənəndə ətraf mühitin ən günahkar məxluqlarının nəfsində("mən”ində) biopsixi infersiya baş verir.
Elə günahlar var ki, psixi enerjini minumuma endirdikdə insanın fiziki ömrü bitir. Məsələn, Rəsulullah demişdir: "…zina insanın nurunu aparar, fəqirlik gətirər və ömrü qısaldar!”
Amma elə günahlar var ki, günahkarın ömrünü artırır. Bunun səbəbi mucrimin psixi modifikasiya olması – ruhunu iblisə satmasıdır!
Quran belələri barədə deyir: «Kafirlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür! Onları zəlil edici əzab gözləyir!»(Ali-Imran, 178)
Başqa bir ayədə isə belə deyir: "Onlara dünyada bir müddət faydalanma var. Sonda isə dönüşləri bizədir. Biz də küfrlərinə görə onlara ən ağır əzab verəcəyik!"(Yunus, 70)
Peşəkar cadugərlər və çox hiyləgər tağut hökmdarlar bu kateqoriyaya aiddir. Təbiət və bəşəriyyət üçün təhlükə yaradan bu məxluqların pozitiv psixi kütləsi 3 qramdan çox olmur. Mufsid, mucrim və musriflər pozitiv psixi enerjidən yalnız həyatda qalmaq üçün istifadə edirlər. Hətta, bəzən mufsid və mucrimlərin psixi kütləsi 3 qramdan da aşağı düşür ki, bu da törədilən günahların həm psixogenetik, həm də ümumi fizioloji təsirindəndir. Yalnız saleh əməllərlə psixi kütləni artırmaq mümkündür. Ən dahi və saleh insanların ruhi-əqli çəkisi 10 qram ağırlığadək qalxa bilir.
Məhəmməd salavatullah, Musa kəlamullah, İbrahim xəlilullah, İsa ruhullah kimi böyük və əzmli Nəbilər 9 qramdan az olmayan ruhi çəkiyə malik olublar. Bu cür insanların sayı barmaqla sayıla biləcək qədər azdır. Böyük mufsidlərə də kosmosdan 7-10 qramlıq əqlə dəstək verən ruh göndərilir, amma axirətlərini dünyalarına satdıqlarından psixi enerjiləri öz razılıqları ilə iblis tərəfindən modifikasiya və inversiya edilir. Digər Nəbilərin isə biopsixi kütləsi 7 qramdan 9 qram ağırlığadəkdir. Insanlardan olan hər bir şeytanın da satanik əqli enerjisi bu qədər olur. Modifikasiya edilmiş əqli enerji hiylə adlanır.
İmam Əli kimi bir qrup nübuvvət verilməmiş dühalar var ki, psixi kütləsi 7 qramdan aşağı deyil. Bu dühalar Yer üzünün ən prespektivli hüceyrələridir. Bu dühalar iblisi və əsgərlərini daim narahat edirlər. Bu insanların ən böyük düşmənlərini idarə edən antipisixi enerjinin miqdarı isə 6 qrama qədər olur.
Pozitiv biopsixi kütləsi 4 qramdan aşağı olmayan insanların nəfslərinə("mən”lərinə) kosmosda həmişə yer var. Psixi enerjisi zəif və çirkli olan insanların nəfsləri isə heç vaxt göyə galxmır. Çünki bunlar çirklidir, xəbis, riyakar, xain, qəddar insanlara məxsusdur.
Quranda bu barədə deyilir: "Ayələrimizi yalanlayan və təkəbbür göstərənlərə göyün qapıları açılmaz!”(Əraf, 40).
Bu cür insanlar öldükdən sonra nəfsləri(özlükləri) Yer üzündə dolaşır və iblisin istifadə dövriyyəsinə daxil olur. Əgər biopsixi kütlə lazım olan miqdarda dеyilsə psixoеkosistеm kosmik səsin(istər daxildən, istərsə də xaricdən) çağırışını еşitmir. Biofiziki kütlədən fərqli olaraq biopsixi kütlə nə qədər çox olarsa bir o qədər sürətli və sürəkli olar. Ruhi və ya mənəvi çəkisi çox olan insanlar Allahın nəzarətində olan insanlardır. El arasında məhşur sözlər var: "Ağır ol", "ağır otur", "yüngüllük etmə" və s. Bu sözlərdə də bizim diqqət çəkmək istədiyimiz ruhi ağırlıq qəsd edilir. Kimin psixi çəkisi lazımı miqdarda deyilsə onun aqibəti çox pis olacaq.
Uca Allah buyurur: "O zaman kimin tərəzisi ağır gələrsə onlar nicata çatacaqlar! Kimin də tərəzisi yüngül gələrsə həlak olub cəhənnəmlik olanlardır!”(Muminun, 102-103)
Qariə surəsində də eyni mənalı ayələr var. Bu ayələrdə keçən "məvazinuh" kəlməsi açıq-aydın psixi və mənəvi kütləni göstərir, elm və təfsirdən nəsibi olmayanların dediyi kimi məcaz deyil. Psixi kütləsi yüngül olanlar yenidən həyata qayıtdıqda heç vaxt normal insan şəkli ala bilməyəcəklər. Çünki onların ruhi-nəfsi enerjisi ən yaxşı halda müxtəlif heyvanların, xüsusilə sürünənlərin şəklini almağa kifayət edir.
Psixi kütlənin miqdarı və intensivliyi, fiziki kütlənin intensivliyi və miqdarına tərs proporsionaldır. Psixi kütləsi az, amma fiziki kütləsi çox olan apozitiv və antipozitiv dahilər, məsələn, şeyx şeytanşükür paşazadə və şeyx müaviyə kimi hər gün 6-8 dəfə yemək yeyən leşləşmiş qarınqulu olurlar. Bunlar yalnız yemək üçün yaşayan yaramaz musriflərdir.
Yaşamaq üçün yeyənlər isə yalnız biopsixi çəkilərini artırmağa çalışarlar. Psixi kütləni artırmağın yalnız bir yolu var. Bu da inanclı salеh əməllər və ya səma qanunlarına (DAO-ya) kamil şəkidə itaət etməkdən ibarətdir!
Bu qanunlar Kosmik kitablarda, özəlliklə Quranda açıq-aydın yazılmışdır. Bu qanunlara kamil şəkildə itaət yalnız еndirilmiş orjinal formasına sadiqliklə mümkün ola bilər. Bu qanunlar təmrinlər, rituallar, bir sözlə ibadətlər kompleksidir. Ruh müxtəlif formada təzahür edə bilər. Bəzi alimlərə görə Yer üzündə ruhun təzahürünün ən yüksək forması cinlərdə olur. Lakin bu yanlış nəzərdir. Çünki cinlərin ruhunun olub olmadığı məsələsi belə mübahisəli və ixtilaflıdır. Kosmik kitabların(Tövrat, İncil, Quran) bildirdiyi kimi mələklər nurdan, cinlər isə tüstüsüz oddan xəlq edilib ki, ərəbcə buna "nar” deyilir. Lakin narın müxtəlif formaları var. Lakin əsası şübhə yox ki, hidrogendir. Məlum olduğu kimi helium da bundan törəyir.
Hidrogen və helium atomları geosistemdə çox zaman özlərini psixon kimi də göstərə bilirlər. Lakin ruhun zərrələri ilə nar zərrələri mahiyyətcə fərqli şeylərdir. Mendeleyevin saxtalaşdırılmamış cədvəlindəki 1 nömrəli element olan Nyutoniy Ruhi zərrəciklərə mahiyyət və məzmunca ən yaxın elementdir! Bunları uyğun olaraq bion, psixon və ekon adlandırmaq olar. Baxmayaraq ki, bəziləri ruh anlayışı altında qeyri-real bütün hal və prosesləri ifadə etməyə çalışırlar. Ruh bütün canlı orqanizmlərdə, hətta bizim cansız zənn etdiyimiz bir-çox şey və hallarda da təzahür edə bilir. Psixi maddənin kainatdakı ən yüksək forması isə mələklərin liderləri –arxangellər və ya muqarrabinlərdir. Psixi maddə fiziki maddənin prinsipi, atributu, təkanverici qüvvəsi, davamı, növü və dəyəridir. Psixini fizikinin antipodu kimi bilən və ya təqdim edənlər ən azı elm və hikmətdən nəsibi olmayanlardır! Psixi maddə zərrəcikləri uyğun məkan-zaman kontiniumunda fiziki maddəyə çevrilirlər, amma fiziki maddənin(yəni, şablon olaraq qəbul edilən variantda) psixiyə çevrilməsi müşkildir. Psixi maddənin minimal sürəti, fiziki maddənin maksimal sürətinə çox yaxındır.
Vp≥Vf Psixi maddəni yaradan Teoekoenerji psixoekogenezə ən mükəmməl monitorrinq tətbiq edir. Sinonimi olmaq etibarı ilə psixogenezlə yanaşı psixodinamika ifadəsini də işlətmək olar. Belə ki,"psixodinamika" ruhi qüvvə və ya ruhi güc mənasını verir. Əslində psixogenez qədim, psixodinamika isə müasir (qismən də futuroloji) ruhi situasiyanı ifadə edir. Həyatın ən əsası olan ruh həyatın fəaliyyətini(bütün enerjisini) təşkil və təyin edir.
Həyat qüvvəsi sayəsində formalaşan həyat fəaliyyəti həyat maddəsini tamamlayır. Psixogenez proseslər sonda ekogenezin yaranmasına gətirib çıxarır. Psixogenezlə ekogenez arasında zaman fasiləsi çox qısadır. Həyatın ilkin mərhələ və halı psixi maddə və psixogenezlə başlayıb. Çünki Allahın yaratdığı ilk məxluq ruhdur. Ruhlar da saysız-hesabsız və müxtəlifdir. Ruh - canlı maddənin, xüsusilə insanın, ümumiyyətlə yer kürəsinin dəyəri olan dühalığın təzahüründə özünü göstərir.
Uca Allah geoekosistemdəki istedad və düha sahiblərinə RUH il QUDUS və RUH il ƏMİN vasitəsi ilə vəhy və ya informasiya göndərir və həyatımıza, varlığımıza yön verir. (Məsələn, Əlinin aforizmlərini, yaxud da Kantın Proloqomenlərini oxusanız bu ruhun varlığını duyar, hətta dərk edə də bilərsiz.) Psixogenezin əsas hərəkət verici qüvvəsi psixodinamikadır. Məhz bu psixodinamik enerji həyatın sonrakı iki mərhələsini ekogenez və xronogenezi formalaşdırmışdır. Psixodinamika yalnız ekogenez və xronogenezi meydana çıxarmaqla qalmamış, ayrıca ekodinamika və xronodinamikaya da təkan vermişdir.
Rəşad Ramazanlı,
"Mühitin fəlsəfəsi" əsərindən,
səhifə 98-101, 2007 ci il.