Müsavat fəalı yenidən saxlanılıb

Müsavat fəalı yenidən saxlanılıb

05-04-2021 16:34 / Bu xəbər 1815 dəfə oxundu

Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanov 30-cu Polis bölməsinə çağırılıb.  

Bu haqda rayon təşkilatının sədri Arzulla Bulud məlumat verib.

"O, saat 9-30-da Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinə aparılıb. Oradan rayon polis idarəsinə aparılacağı deyilir. Ona müxtəlif vasitələrlə təzyiq edilir, müxalifətçilikdən əl çəkmək tələb olunur”, – deyə partiya funksioneri qeyd edib.

Nizaməli Süleymanov bundan əvvəl fevralın 25-də  bir qrup partiya fəalı ilə birgə polisə aparılaraq, təzyiqlə üzləşmişdi.

Suraxanıda müsavatçılara qarşı təzyiqlərin artması Rayon Polis İdarəsinin yeni rəisi Süleyman Nemətovun "özünü göstərmək və daha böyük vəzifə almaq istəyi” ilə əlaqələndirir. 

Süleyman Nemətovun saxlanılan şəxslərə işgəncə verməsi ilə əlaqədar Avropa İnsan Haqlara Məhkəməsində Azərbaycana qarşı azı iki qərar qəbul edilib, daha bir neçə şikayət icraatdadır. 

Basta