Müsavat işğaldan azad olunmuş rayonlara səfərdən imtina edib

Müsavat işğaldan azad olunmuş rayonlara səfərdən imtina edib

15-03-2021 17:48 / Bu xəbər 1330 dəfə oxundu

AXCP-nin səfərlə bağlı məlumatı yoxdur

"İşğaldan azad olunmuş ərazilərə səfərə məni dəvət etmişdilər, imtina etdim”.

Bunu Meydan TV-yə siyasi partiya sədrlərinin Qarabağa səfərini şərh edərkən Müsavat Partiyasının sədri Arif Hacılı deyib.

"Biz Prezident Adminstrasiyasının yaratdığı həmin siyasi partiya rəhbərləri formatında iştirak etmirik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Meydan TV-yə deyib ki, səfərlə bağlı məlumatı yoxdur: "Dəvət olunsaq, bunu müzakirə edəcəyik. Ancaq bizə hər hansı məlumat daxil olmayıb”.

Azərbaycanda siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunacaq. 

Bu barədə məlumatı"Report”a Ağ Partiya sədri Tural Abbaslı verib. 

Onun sözlərinə görə, martın 17-nə planlaşdırılan səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil edilir.