Müsavat Partiyası repressiyaları pisləyib

Müsavat Partiyası repressiyaları pisləyib

09-12-2024 20:24 / Bu xəbər 508 dəfə oxundu

Partiya siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

Dekabrın 9-da Müsavat Partiyası Divanının iclasında Azərbaycanda ictimai-siyasi vəziyyət müzakirə olunub.

Partiyanın mətbuat xidməti bildirib ki, Divan üzvləri ölkədə siyasi motivli həbslərə son qoyulması ilə bağlı yerli və beynəlxalq ictimaiyyətin tələb və çağırışlarına baxmayaraq, davam edən repressiyaları pisləyiblər.

Partiya əsassız olaraq saxlanılan politoloq Azər Qasımlının və siyasi motivlərlə həbs olunmuş digər şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.