Müsavat seçkilərdə iştiraka qərar verdi

Müsavat seçkilərdə iştiraka qərar verdi

04-07-2024 14:51 / Bu xəbər 874 dəfə oxundu

İyulun 4-də Müsavat Partiyasının Məclisi özünün növbədənkənar sessiyasını keçirib.

Partiyanın mətbuat xidmətindən "Arqument.az"a verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub.

Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib. 

Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana  səlahiyyət verib.

Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib.