Müsavatçının oğlu polisə aparıldı
03-08-2021 13:47 / Bu xəbər 1598 dəfə oxundu
Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahov polisə aparılıb.
Bu haqda partiya başqanının müşaviri Ramazan Əliyev məlumat yayıb.
"Müsavatçının evinə Xaçmaz polis şöbəsinin Etibar adlı əməkdaşı gəlib. Söhrab bəyin dediyinə görə evdə olmayıb, bağda olduqlarına görə, qeyri-qanuni axtarış aparıldığından xəbərsiz olublar. Söhrab bəyin həyat yoldaşı, diş texniki olan oğlu Bəxtiyarın həyətdə yaratdığı iş otağından polis əməkdaşının çıxdığını görüb və bu barədə Söhrab bəyə bildirib. Söhrab bəy işə qarışdıqdan sonra, Bəxtiyarı polis şöbəsinə aparıblar. Hal-hazırda nə baş verdiyi bilinmir”, – deyə Ramazan Əliyev özünün feysbuk səhifəsində yazıb.
"Müsavat Partiyasının mətbuat xidməti heç bir izahat verilmədən vətəndaşın evindən polisə aparılması və onun evində qanunsuz axtarış həyata keçirilməsini polis özbaşınalığı kimi qiymətləndirir, Bəxtiyar Əmrahovun dərhal sərbəst buraxılmasını və müxalifət nümayəndələrinə qarşı təzyiqlərə son qoyulmasını tələb edir", - partiyadan arqument.az-a verilən açıqlamada isə belə deyilir.












