Müşfiq Hətəmov televiziya rəhbəri təyin olundu

Müşfiq Hətəmov televiziya rəhbəri təyin olundu

20-05-2021 18:19 / Bu xəbər 1080 dəfə oxundu

Kinoprodüser "Space”ə rəhbərlik edəcək

"Space” teleradio şirkətinə yeni rəhbər təyin olunub.

"Report” xəbər verir ki, bu vəzifəyə Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

Müşfiq Hətəmov 2011–2019-cu illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb.

2006-2021-ci illərdə "Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb.

Sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

Daha sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.