Mustafa Hacıbəyli polisə aparılıb

Mustafa Hacıbəyli polisə aparılıb

09-07-2018 17:35 / Bu xəbər 679 dəfə oxundu

Arif Hacılı: ''Polisə aparılması onun redaktor fəaliyyəti ilə bağlıdır''

"Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəyli Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deyib.

Arif Hacılı 1 saat əvvəl Mustafa Hacıbəylinin yaşadığı mənzilə 4 nəfər mülki geyimli polisin gəldiyini söyləyib: "Biz onlara Mustafa bəyin Müsavat Partiyasının qərargahında olduğunu bildirdik. Gəlib qərargahdan apardılar”.

Başqanın sözlərinə görə, Mustafa Hacıbəylinin polisə aparılması redaktoru olduğu "Bastainfo” saytının fəaliyyəti ilə bağlıdır.

"Mustafa Hacıbəyli Binəqədi Rayon Polis İdarəsinə vəkilsiz gedib”, - Arif Hacılı belə deyib.