Mövlud Çavuşoğlu Azərbaycana gəlir
04-03-2022 17:00 / Bu xəbər 675 dəfə oxundu
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Azərbaycana səfər gəlir.
Türkiyə KİV-inin martın 4-də verdiyi məlumata görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Mövlud Çavuşoğlunun Bakıda əvvəlcə azərbaycanlı həmkarı Ceyhun Bayramovla, ardınca da Prezident İlham Əliyevlə görüşü nəzərdə tutulub.
XİN başçısı Azərbaycana səfər zamanı bir sıra regional məsələlərin müzakirə ediləcəyini vurğulayıb.












