Müxalifət liderinin qətlində şübhəli bilinən 3 nəfər həbs olundu

Müxalifət liderinin qətlində şübhəli bilinən 3 nəfər həbs olundu

10-01-2015 01:36 / Bu xəbər 932 dəfə oxundu

İstanbulda Tacikistan müxalifətinin liderlərindən biri və iş adamı Umarali Quvatovun qətlində şübhəli bilinən 3 nəfər həbs olunub.

Anspress-in məlumatına görə, Quvatov ötən həftə güllələnib və martın 9-da İstanbulun Fatih rayonunda dəfn olunub.

Tanınmış iş adamı olan Quvatov əvvəllər prezident Emomali Rahmonun yaxın tərəfdarı daha sonra isə əlehdarı olub. 

Rəsmi Düşənbə onu fırıldaqçılıq ittihamı ilə axtarışa vermişdi.

Amma Quvatov məsələnin siyasi motivli olduğunu deyirdi. 

Quvatov martın 5-də İstanbullda başından güllələnib.

Arqument.Az