Müxalifətdən yeni mitinq qərarı

Müxalifətdən yeni mitinq qərarı

16-03-2018 20:17 / Bu xəbər 2957 dəfə oxundu

Mitinq Mart qırğınının 100 illiyinə təsadüf edir

Müxalif qüvvələrin - Milli Şura və Müsavat Partiyasının növbəti aksiyası 31 martda 15:00-da "Məhsul" stadionunda keçiriləcək.

Müsavat Partiyasından verilən məlumatda bildirilir ki, mitinqlə bağlı Milli Şura və Müsavat təmsilçilərinin imzaladığı birgə müraciət bu gün Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib.

Mitinqin əsas şüarları "Azad seçki!”, "Korrupsiyaya yox!”, "Monarxiyaya yox!” və "Siyasi məhbuslara azadlıq!” olacaq. 

AXCP sədri Əli Kərimli şəxsi "Facebook" yazıb ki, növbəti mitinq həm də Bakıda ermənilərin törətdiyi Mart qırğınının 100 illiyinə təsadüf edir: "Biz bu mitinqdə "Erməni terrorunu lənətləyirik!”, "Beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlılara qarşı soyqırımına hüquqi-siyasi qiymət versin!” tələblərini dә irəli sürəcəyik. Hər birinizi ümumxalq mitinqinə dəvət edirik! Mitinqə hamılıqla gəlin ki, dünya da, Azərbaycandakı rejim də səsimizi eşitsin!"

Milli Şura və Müsavat Partiyasının birgə mitinqi 10 mart 2018-ci ildə baş tutmuşdu. Mitinqdən əvvəl 10-a yaxın gənc fəal saxlanılmış və barələrində inzibati həbs tədbiri seçilmişdi.